ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) Ali Baş Komandanın göstərişi əsasında İrana qarşı həyata keçirilən növbəti zərbələr dalğasının başa çatdığını açıqlayıb.
Modern.az xəbər verir ki, ardıcıl səkkizinci gecə keçirilən əməliyyatlar çərçivəsində ABŞ qüvvələri İranın sahil müşahidə sistemlərini, hava hücumundan müdafiə obyektlərini, dəniz infrastrukturunu, eləcə də raket və pilotsuz uçuş aparatlarının saxlanıldığı məntəqələri hədəfə alıb.
CENTCOM-un məlumatına əsasən, bu zərbələrin məqsədi İranın hərbi imkanlarını daha da məhdudlaşdırmaqdır.
Komandanlıq həmçinin bildirib ki, iyulun 17-də İordaniyada ABŞ hərbçilərinə qarşı təşkil edilən hücumlarda iştirak etdiyi iddia olunan İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) qüvvələrinə də zərbələr endirilib.