Modern.az

ABŞ Yaxın Şərqə qırıcı təyyarələr yerləşdirir

ABŞ Yaxın Şərqə qırıcı təyyarələr yerləşdirir

Dünya

Bu gün, 11:02

ABŞ Yaxın Şərqdəki hərbi hava qüvvələrinin sayını artırmaq məqsədilə bölgəyə əlavə qırıcı təyyarələr və havada yanacaqdoldurma təyyarələri göndərir.

Modern.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" nəşri məlumat yayıb.

Məlumata əsasən, Almaniyadakı "Şpanqdalem" aviabazasından "F-16", Böyük Britaniyada yerləşən "Leykenhit" aviabazasından isə "F-35" qırıcıları Yaxın Şərqə yerləşdirilir. Nəşr bildirir ki, döyüş təyyarələri ilə yanaşı, əməliyyatların dəstəklənməsi üçün havada yanacaqdoldurma təyyarələri də bölgəyə göndərilir.

ABŞ-la İran arasında gərginliyin yeni mərhələsi iyulun 8-də baş verən hadisələrdən sonra başlayıb. Vaşinqton və Tehran arasında memorandumun imzalanmasından sonra ilk dəfə ABŞ Silahlı Qüvvələri Hörmüz boğazında ticarət gəmisinə edilən hücumu əsas gətirərək İran ərazisinə bir neçə aviazərbə endirib. Həmin gün ABŞ Prezidenti Donald Tramp İranla qüvvədə olan atəşkəsin dayandırıldığını açıqlayıb.

Buna cavab olaraq Tehran Bəhreyn, İordaniya, Qətər, Küveyt, Birləşmiş Ərəb Əmirlikləri və Oman ərazisində yerləşən ABŞ hərbi obyektlərinə zərbələr endirməyə başlayıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin onu İrandan çıxarmağa çalışır: Tehrana gedən sirli təyyarə