Modern.az

İsrail mediası: Müctəba Xamenei qaçıb

İsrail mediası: Müctəba Xamenei qaçıb

Dünya

19 İyul 2026, 16:56

İranın yeni Ali rəhbəri  Müctəba Xamenei ölkəni tərk edib.

Modern.az xəbər verir ki, bunu İsrailin təhlükəsizlik dairələrindəki mənbə “Al Hadath” telekanalına bildirib.

Mənbədən verilən məlumata görə, Müctəba Xameneinin adından yayımlanan bəyanatlar əslində İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) yüksək vəzifəli nümayəndələri, o cümlədən Vahidi tərəfindən hazırlanır.

Mənbəyə görə, Müctəba Xameneinin İranda olmaması ölkə rəhbərliyində ciddi fikir ayrılıqları və idarəetmə problemləri olduğunu göstərir.

Həmçinin Tehranın Tel-Əvivdə yüksək vəzifəli israilli rəsmilərə qarşı əməliyyat hazırladığı iddia edilir. Bildirilir ki, bu plan İranın mərhum ali lideri Əli Xameneinin öldürülməsinə cavab məqsədi daşıyır.

İran rəsmiləri isə sözügedən iddialarla bağlı hələlik açıqlama verməyiblər.

Sizə yeni x var
Keçid et
Putin onu İrandan çıxarmağa çalışır: Tehrana gedən sirli təyyarə