İranın xarici işlər naziri Abbas Əraqçi İsrailin Baş naziri Benyamin Netanyahunun məqsədinin İslam Respublikasını aradan qaldırmaq olduğunu iddia edib.
Modern.az xəbər verir ki, nazir bu fikirləri verdiyi müsahibədə səsləndirib.
"Netanyahu açıq şəkildə bildirib ki, tamamlanmamış bir məqsəd var və bu da İslam Respublikasının məhv edilməsidir", – deyə Əraqçi qeyd edib.
Onun sözlərinə görə, məhz bu məqsədlə Netanyahu ABŞ Prezidenti Donald Trampı İranla müharibəyə sövq edib.
Əraqçi bildirib ki, qarşı tərəf əvvəlcə İrandan qeyd-şərtsiz təslim olmağı tələb etsə də, yekunda Tehranla memorandum imzalamağa razı olub.
"Bu isə göstərir ki, İran ABŞ qarşısında öz mövqeyini qoruyub saxladı və Vaşinqtonu İslam Respublikasının suverenliyinə hörmət etməyə məcbur etdi", – deyə İranın xarici işlər naziri əlavə edib.