ABŞ Senatında demokratların lideri Çak Şumer İranla müharibənin dayandırılmasına çağıraraq, ölkə hərbçilərinin təhlükə altında olduğunu bildirib.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Şumer sosial şəbəkə hesabında yazıb ki, ABŞ Prezidenti Donald Tramp İranla müharibəni uzatdıqca, amerikalı hərbçilər daha çox təhlükə ilə üz-üzə qalırlar.
“Tramp İranla müharibəni uzatdığı hər saniyə bizim hərbçilərimiz daha bir saniyə təhlükə altında qalır”, – deyə senator qeyd edib.
O əlavə edib ki, demokratlar Senatda respublikaçıları müharibənin dayandırılması və ABŞ hərbçilərinin geri qaytarılması ilə bağlı yenidən səsverməyə məcbur edəcəklər.
“Bəsdir. Bu müharibəni dayandırın!”, – deyə Şumer vurğulayıb.