Modern.az

ABŞ kəşfiyyatı: Oğul Xamenei nüvə silahına daha iddialıdır

ABŞ kəşfiyyatı: Oğul Xamenei nüvə silahına daha iddialıdır

Dünya

Bu gün, 15:06

ABŞ kəşfiyyat orqanları hesab edir ki, İranın yeni ali rəhbəri Müctəba Xamenei nüvə silahı əldə etmək məsələsində atası, mərhum Əli Xameneidən daha iddialı mövqe sərgiləyir.

Modern.az xəbər verir ki, bu barədə "The New York Times" ABŞ rəsmilərinə istinadən məlumat yayıb.

Nəşrin yazdığına görə, Amerika kəşfiyyatının qiymətləndirməsinə əsasən, Müctəba Xamenei atasından fərqli olaraq daha ambisiyalıdır və onun rəhbərlik etdiyi hakimiyyətin daha mühafizəkar xətt izləyəcəyi gözlənilir.

Məlumatda bildirilir ki, İran uranın zənginləşdirilməsi üçün istifadə olunan sentrifuqaların bir hissəsini ölkənin mərkəzində yerləşən, yaxşı qorunan yeraltı "Pickaxe Mountain" obyektinə köçürüb. ABŞ tərəfi hesab edir ki, bu addım Tehranın uranı zənginləşdirmək imkanlarını qorumaq niyyətindən xəbər verir.

Qeyd olunur ki, obyekt yalnız yeraltı istehkamlarla deyil, həm də mümkün quru əməliyyatlarının qarşısını almaq üçün quru qoşunları tərəfindən mühafizə olunur.

ABŞ kəşfiyyatının məlumatına görə, İranın nüvə proqramının digər əsas komponentləri, o cümlədən yüksək səviyyədə zənginləşdirilmiş uran ehtiyatları da toxunulmaz vəziyyətdə qalır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Rusiyanı can damarından VURURLAR - Ukraynadan şok zərbələr