Modern.az

ABŞ-nin Ərbildəki hərbi bazası tamamilə məhv edildi - İran

ABŞ-nin Ərbildəki hərbi bazası tamamilə məhv edildi - İran

Dünya

Bu gün, 11:22

İran İraqın Ərbil şəhərində yerləşən ABŞ hərbi infrastrukturunun, demək olar ki, tamamilə sıradan çıxarıldığını iddia edib.

Modern.az Tasnim agentliyinə istinadən xəbər verir ki, bu barədə İran ordusunun nümayəndəsi Məhəmməd Əkrəminiya açıqlama verib.

Onun sözlərinə görə, hədəfə alınan Amerika hərbi bazalarının əksəriyyəti artıq effektiv əməliyyat imkanlarını itirib.

"ABŞ-nin İraqın Ərbil şəhərindəki infrastrukturu, demək olar, tamamilə məhv edilib", – deyə Əkrəminiya bildirib.

Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyata başlayıb. İyun ayında isə Vaşinqton və Tehran bütün cəbhələrdə, o cümlədən Livanda hərbi əməliyyatların dərhal dayandırılmasını nəzərdə tutan qarşılıqlı anlaşma memorandumu imzalayıblar.

Lakin iyulun 8-nə keçən gecə ABŞ İranı Hörmüz boğazı ilə bağlı razılaşmanın şərtlərini pozmaqda ittiham edərək ölkəyə qarşı genişmiqyaslı zərbələri yenidən bərpa edib. Buna cavab olaraq İran da ABŞ-nin region ölkələrində yerləşən hərbi obyektlərini yenidən hədəfə alıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Rusiyanı can damarından VURURLAR - Ukraynadan şok zərbələr