Modern.az

Putinin mətbuat katibi: Xəzərdəki gəmilərin vurulması təhlükəlidir

Putinin mətbuat katibi: Xəzərdəki gəmilərin vurulması təhlükəlidir

Dünya

Bu gün, 20:45

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Ukrayna Silahlı Qüvvələrinin Xəzər dənizində gəmilərə endirdiyi zərbələri "son dərəcə təhlükəli" adlandırıb.

Modern.az-ın məlumatına görə, Peskov jurnalistlərə açıqlamasında bildirib ki, bu cür hücumlar regionda gərginliyin növbəti mərhələsidir.

"Kiyev rejimi ilə mübarizə aparmaq lazımdır", – deyə Kremlin sözçüsü vurğulayıb.

Peskovun sözlərinə görə, Ukraynanın Xəzər dənizində gəmilərə zərbələr endirməsi döyüş əməliyyatlarının coğrafiyasının genişləndirilməsi tendensiyasını göstərir.

Xatırladaq ki, iyulun 25-də İran Ukraynanı Xəzər dənizində İranın ticarət gəmisinə zərbə endirməkdə ittiham edib. İran Xarici İşlər Nazirliyi hadisə nəticəsində bir nəfərin həlak olduğunu, bir nəfərin isə yaralandığını açıqlayıb və Ukraynanın müvəqqəti işlər vəkilinə etiraz notası təqdim edib.

Ukrayna Prezidenti Volodimir Zelenski isə Ukrayna Silahlı Qüvvələrinin Rusiya ilə İran arasında hərbi yüklərin daşınmasında istifadə olunduğunu iddia etdiyi gəmilərə zərbələr endirdiyini bildirib.

Bundan əvvəl İranın xarici işlər naziri Abbas Əraqçi rusiyalı həmkarı Sergey Lavrovla telefon danışığında Ukraynanın İranın kommersiya gəmisinə hücumunun cavabsız qalmayacağını bəyan edib.

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Rusiyanı can damarından VURURLAR - Ukraynadan şok zərbələr