Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya lideri Vladimir Putinlə görüşüb danışıqlar aparmaq istəyirsə, Moskvaya gələ bilər.
Modern.az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov müsahibəsində bildirib.
Uşakov qeyd edib ki, Zelenski Putinlə görüşməyə hazır olması barədə müxtəlif kanallar vasitəsilə mesajlar göndərir.
“Əgər bu qədər danışmaq istəyirsə, gəlsin”, – deyə Uşakov bildirib.
Qeyd edək ki, sentyabrın 12-də Zelenski dekabrda ABŞ-da keçiriləcək G20 sammiti çərçivəsində Putinlə görüşmək istədiyini açıqlayıb. O, mümkün danışıqlarda hansı məsələləri müzakirə etmək istədiyini dəqiqləşdirməyib və əsas olanın nəticə olduğunu vurğulayıb.
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov da daha əvvəl Zelenskinin Putinlə görüşmək üçün Moskvaya gələ biləcəyini bildirmişdi. Zelenski isə zarafatla Rusiyanın paytaxtına yalnız “raketlə” gedə biləcəyini demişdi.