Gürcüstan 2026-cı ilin yanvar-sentyabr aylarında 3 170 əcnəbi vətəndaşı ölkədən deportasiya edib.
Modern.az xəbər verir ki, bu barədə "Sputnik Gürcüstan" ölkənin Daxili İşlər Nazirliyinə istinadən məlumat yayıb.
Bildirilir ki, deportasiya edilən əcnəbilər arasında Türkiyə vətəndaşları üstünlük təşkil edir. Belə ki, hesabat dövründə Gürcüstan 791 Türkiyə vətəndaşını ölkədən çıxarıb.
Deportasiya edilənlərin sayına görə ikinci yerdə Hindistan vətəndaşları qərarlaşıb. Bu ölkədən 306 nəfər Gürcüstandan deportasiya olunub.
Üçüncü yerdə isə 272 nəfərlə Türkmənistan vətəndaşları gəlir.
Deportasiya edilən əcnəbilərin sayına görə ilk beşliyə Rusiya və İran da daxil olub. Belə ki, 9 ay ərzində 214 Rusiya, 180 İran vətəndaşı Gürcüstandan çıxarılıb.