Modern.az

Fransada etiraz aksiyaları zamanı 565 nəfər saxlanılıb

Fransada etiraz aksiyaları zamanı 565 nəfər saxlanılıb

Dünya

Bu gün, 18:45

Oktyabrın 31-də Fransada keçirilən etiraz aksiyaları zamanı polis 565 nəfəri saxlayıb.

Modern.az xəbər verir ki, bu barədə “Le Journal du Dimanche” (JDD) ölkənin Daxili İşlər Nazirliyinə istinadən məlumat yayıb.

Məlumata görə, Parisdə 5,7 mindən çox yoxlama aparılıb, 79 nəfər saxlanılıb. Fransa Daxili İşlər Nazirliyinin məlumatına əsasən, ölkə üzrə aksiyalarda təxminən 320 min nəfər iştirak edib. Onlardan 70 mini Parisdə nümayişə qatılıb. Təşkilatçılar isə ümumilikdə 800 min iştirakçının olduğunu bildiriblər.

Paytaxtda keçirilən aksiyalar zamanı polislə nümayişçilər arasında toqquşmalar baş verib. Şaranton qapıları yaxınlığında hüquq-mühafizə orqanlarının əməkdaşlarına bir neçə “Molotov kokteyli” atılıb.

“Le Journal du Dimanche” nəşrinin məlumatına görə, Paris Polis İdarəsi insidentlər zamanı beş təhlükəsizlik əməkdaşının xəsarət aldığını açıqlayıb. Onlardan üçü yandırıcı qarışıqlı butulkaların atılması nəticəsində yaralanıb.

Fransanın daxili işlər naziri Loran Nünez polis əməkdaşına “Molotov kokteyli” atılmasını “qətlə cəhd” adlandırıb və hüquq-mühafizə orqanlarına qarşı nümayiş etdirilən “misli görünməmiş zorakılığı” pisləyib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Türkiyə Fələstin xəyanətinə niyə susdu? Putin türk dünyasına gətirilir