Modern.az

Hakim İtaliyanın prezidenti seçildi

Hakim İtaliyanın prezidenti seçildi

Dünya

31 Yanvar 2015, 20:37


İtaliyanın Konstitusiya Məhkəməsinin hakimi, 73 yaşlı Serdjio Mattarella bu gün ölkənin yeni prezidenti seçilib. Modern.az xarici KİV-ə istinadən bildirir ki, prezident seçkilərinin 4-cü turunda Nümayəndələr Palatasının “böyük seçicilər” adlanan 1009 deputatından 995-i səsvermədə iştirak edib. Onların 666-i Mattarellaya səs veriblər. Bu turda ikinci nəticəni mafiya və terrorizmə qarşı tanınmış mübariz, keçmiş senator Ferdinando İmpozimato (127 səs) göstərib.

Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı