Modern.az

Ərdoğana sui-qəsdə cəhd edən şəxs saxlanıldı

Ərdoğana sui-qəsdə cəhd edən şəxs saxlanıldı

Dünya

Bu gün, 13:10

Türkiyə Daxili İşlər Nazirliyi 2016-cı il iyulun 15-də Prezident Rəcəb Tayyib Ərdoğana qarşı sui-qəsd cəhdində iştirak edən qaçaq şəxsin saxlanıldığını elan edib.

Modern.az xəbər verir ki, saxlanılan şəxs Prezidentə sui-qəsd etmək niyyəti ilə zorakı dövlət çevrilişi cəhdi günü Marmaris vilayətinə gələn Fətullah Gülən Terror Təşkilatının (FETÖ) 37 tərəfdarından ibarət qrupun üzvü olub.

Nazirlik qeyd edib ki, İnterpolun qırmızı bülleteninə daxil edilmiş FETÖ terrorçusu B.K. avqustun 1-də səhər saatlarında Afyonkarahisar vilayətində keçirilən əməliyyat zamanı yaxalanıb.

Hüquq-mühafizə orqanlarının əməkdaşlarına əməliyyatın uğurlu icrasına görə təşəkkür edilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
DƏHŞƏTLİ HÜCUM! Rusiya paytaxta raketlər yağdırdı - Ölənlər var