İtaliyanın Neapol şəhəri yaxınlığında baş verən şiddətli zəlzələ nəticəsində xəsarət alanların sayı 26 nəfərə çatıb.
Modern.az ölkə mediasına istinadən xəbər verir ki, baş verən 4,7 maqnitudalı yeraltı təkanlar nəticəsində səkkiz yaşayış binası və beş inzibati bina tamamilə sıradan çıxıb, yüzlərlə ailə evsiz qalıb.
Əhalinin bir hissəsi şəhəri müvəqqəti tərk etməyə başlayıb. Yeraltı təkanlar işıqların sönməsinə, qatarların və metronun işində nasazlıqlara səbəb olub.
Qeyd edək ki, baş verən hadisə son 40 ilin ən güclü zəlzələsi hesab olunur.