Modern.az

İspaniyada miqrant böhranı YAŞANIR - VİDEO 

İspaniyada miqrant böhranı YAŞANIR - VİDEO 

Dünya

1 Avqust 2026, 18:47

Təxminən 50 min miqrant bir sutka ərzində Mərakeşdən İspaniyanın Seuta şəhərinə daxil olub.

Modern.az xəbər verir ki, insanlar piyada sərhədi keçərək və dəniz yolu ilə üzərək Seutaya çatırlar.

Yerli xidmət orqanları yaranmış vəziyyətin öhdəsindən gəlməkdə çətinlik çəkir. Hakimiyyət Şimali Afrikada yerləşən bu İspaniya anklavına əlavə polis qüvvələri göndərib.

Baş verən hadisədən sonra İtaliyanın xarici işlər naziri İspaniya ilə Şengen zonasının sərbəst sərhəd keçidi rejiminin müvəqqəti dayandırılması ideyasını dəstəkləyib. Bundan əlavə, Fransa da İspaniya ilə sərhəddə nəzarəti gücləndirəcəyini açıqlayıb.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Maaş azlığı, bahalaşma, işsizlik - Çıxış yolu nədir? - Vahid Əhmədovla Gündəm Masada