Modern.az

İspaniya hakimiyyəti miqrant axınına qarşı hərəkətə keçdi 

İspaniya hakimiyyəti miqrant axınına qarşı hərəkətə keçdi 

Dünya

Bu gün, 19:09

İspaniyanın Seuta şəhərində davam edən miqrasiya böhranı fonunda hərbçilər şəhərin əsas strateji obyektlərini mühafizəyə götürüblər.

Modern.az xəbər verir ki, polis supermarketlərin girişlərində gücləndirilmiş iş rejimində növbə çəkir.

Həmçinin Seuta bölgəsində Mərakeşlə dəniz sərhədində miqrant axınının qarşısını almaq məqsədilə 500 metrlik üzən maneənin quraşdırılmasına başlanıb. Qərar son günlər baş verən kütləvi miqrant axınından sonra qəbul edilib. 

İspaniya Daxili İşlər Nazirliyinin məlumatına əsasən, qanunsuz yolla ölkəyə daxil olan 48 mindən çox şəxs artıq Mərakeşə geri qaytarılıb. Yeni üzən maneə Mülki Qvardiyanın patrul katerləri tərəfindən gecə-gündüz mühafizə olunacaq.

Bundan əvvəl şəhərdə iğtişaşlar qeydə alınıb və bir qrup şəxs mağazalara zorla daxil olmağa cəhd edib.

Qeyd edək ki, hazırda ölkədə miqrant böhranı yaşanır, təxminən 50 min miqrant bir sutka ərzində Mərakeşdən İspaniyanın Seuta şəhərinə daxil olub.

Whatsapp
Bizə yazın!
Keçid et
DƏHŞƏTLİ HÜCUM! Rusiya paytaxta raketlər yağdırdı - Ölənlər var