İranın dron hücumu nəticəsində Küveytin şimalındakı hökumət binasına və Bubiyan adasında yerləşən mülki obyektlərə ziyan dəyib.
Modern.az xəbər verir ki, bu barədə Küveyt Silahlı Qüvvələri və ölkənin Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, Küveyt hava hücumundan müdafiə qüvvələri ölkə ərazisinə daxil olan düşmən dronlarını aşkar edərək məhv edib. Bununla belə, qəlpələrin düşməsi nəticəsində ölkənin şimalındakı hökumət binasına, həmçinin Bubiyan adasında fəaliyyət göstərən şirkətlərdən birinə məxsus mülki avtomobillərə maddi ziyan dəyib. Hadisə nəticəsində xəsarət alan olmayıb.
Küveyt XİN insidenti ölkənin suverenliyinin kobud şəkildə pozulması kimi qiymətləndirib.