Kolumbiyanın Venesuela ilə sərhədində yerləşən Kukuta şəhərində minalanmış avtomobilin partlaması nəticəsində azı 11 nəfər, o cümlədən 8 polis əməkdaşı və 3 mülki şəxs yaralanıb.
Modern.az xəbər verir ki, hadisə Kolumbiyanın yeni seçilmiş prezidenti Abelardo de la Espriellanin vəzifəyə başlamasına bir neçə gün qalmış baş verib.
De la Espriella hadisəni pisləyərək bunu terror aktı adlandırıb və bildirib ki, terrorizm ölkəni qorxuda bilməyəcək.
Avqustun 7-də vəzifəyə başlayacaq yeni prezident daha əvvəl silahlı qruplaşmalara və narkokartellərə qarşı mübarizəni sərtləşdirəcəyinə söz verib və ölkədə təhlükəsizliyin təmin olunmasında güc tətbiqinə əsaslanan yanaşmanı müdafiə edib.