ABŞ 50 ölkənin vətəndaşlarına Amerika vizalarının 20 min dollaradək depozit qarşılığında verilməsini nəzərdə tutan qaydaları daimi tətbiq edəcək.
Modern.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.
Bildirilib ki, əsasən Mərkəzi və Cənubi Amerika, Afrika və Asiya ölkələrini əhatə edən 50 ölkə üçün viza depoziti praktikası daimi xarakter alacaq.
Belə ki, 2025-ci ilin avqustunda müvəqqəti tədbir kimi tətbiq edilən viza depoziti sistemi artıq daimi olacaq. Əvvəlki 5–15 min dollar məbləğində depozitlər əvəzinə proqrama daxil olan bütün ölkələrin vətəndaşları üçün 20 min dollarlıq vahid depozit müəyyən edilib.
Viza sahibi ABŞ-da qalma şərtlərini pozmadığı təqdirdə depozit məbləği ona geri qaytarılacaq.