Modern.az

İranda Netanyahu və Trampın həbsi ilə bağlı qanun qəbul oluna bilər

İranda Netanyahu və Trampın həbsi ilə bağlı qanun qəbul oluna bilər

Dünya

2 Avqust 2026, 00:06

İran parlamentində İsrailin Baş naziri Benyamin Netanyahu və ABŞ Prezidenti Donald Trampın həbs, yaxud cərimə olunmasını nəzərdə tutan qanun layihəsi qəbul oluna bilər.

Modern.az "Fars" agentliyinə istinadən xəbər verir ki, bunu parlamentin deputatı Mehdi Kiçikzadə deyib.

"Parlamentdə hazırlanan "Beynəlxalq cinayətlər haqqında" yeni qanun layihəsində cinayətkarlar üçün ölüm hökmü də daxil olmaqla, İslam cinayət hüququnun müddəaları nəzərə alınmır", - o bildirib və əlavə edib ki, qanun layihəsi daha da sərtləşdirilməlidir.

"Əks halda bu qanun layihəsi İsrail və ABŞ tərəfindən törədilmiş cinayətlərin araşdırılmasında bizə kömək etməyəcək", - o qabardıb.

Sizə yeni x var
Keçid et
İranda dəhşətli anlar: Sərnişin dolu təyyarə havada parçaland