Modern.az

Rubinyan: "Ermənistan–Azərbaycan danışıqları Ermənistan–Türkiyə prosesini qabaqlayıb"

Rubinyan: "Ermənistan–Azərbaycan danışıqları Ermənistan–Türkiyə prosesini qabaqlayıb"

Dünya

Bu gün, 14:35

Ermənistan parlamentinin spikeri vəzifəsinə namizəd, ölkənin Türkiyə ilə münasibətlərin normallaşdırılması üzrə keçmiş xüsusi nümayəndəsi Ruben Rubinyan bildirib ki, Ermənistan–Azərbaycan danışıqları Ermənistan–Türkiyə normallaşma prosesindən daha çox irəliləyib.

Modern.az xəbər verir ki, o, parlamentdə çıxışı zamanı qeyd edib ki, Ermənistan–Azərbaycan danışıqlarında artıq konkret nəticələr əldə olunub.

“Məsələn, Azərbaycan tərəfi Türkiyədən daha əvvəl Ermənistandan dəmir yolu tranzitinə qoyulan məhdudiyyətləri aradan qaldırıb. Bundan əlavə, Ermənistan və Azərbaycan arasında, xüsusilə neft məhsulları üzrə birbaşa ticarət artıq mövcuddur”, – deyə Rubinyan bildirib.

O etiraf edib ki, Türkiyə ilə normallaşma prosesi gözlədiyindən daha yavaş irəliləyir. Bununla belə, Rubinyan bunun yalnız zaman məsələsi olduğuna əmin olduğunu vurğulayıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
DƏHŞƏTLİ HÜCUM! Rusiya paytaxta raketlər yağdırdı - Ölənlər var