Modern.az

Rusiya ilin ən iri miqyaslı dron hücumlarına məruz qaldı

Rusiya ilin ən iri miqyaslı dron hücumlarına məruz qaldı

Dünya

Bu gün, 15:26

Avqustun 2-də, gecə saatlarında Rusiya hava hücumundan müdafiə sistemləri bu ölkənin bölgələri üzərində Ukraynanın 635 pilotsuz uçuş aparatını məhv edib.

Modern.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatına görə, Rusiyada gecə saatlarında bu ilin əvvəlindən bəri ən böyük dron hücumlarından biri qeydə alınıb. Samara vilayətində dron hücumundan sonra “Wildberries” logistika kompleksində yanğın baş verib. İlkin məlumatlara görə, insan tələfatı yoxdur. 

Saratov vilayətində isə dronlar iki çoxmənzilli binaya və bir neft emalı zavoduna düşüb. Regional hakimiyyət orqanlarının məlumatına görə, Saratov və Engelsdə mülki infrastruktura ziyan dəyib. Hücum nəticəsində iki nəfər həyatını itirib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
DƏHŞƏTLİ HÜCUM! Rusiya paytaxta raketlər yağdırdı - Ölənlər var