Modern.az

Moskva meri mərkəzdəki restoran partlayışını terror aktı adlandırdı

Moskva meri mərkəzdəki restoran partlayışını terror aktı adlandırdı

Dünya

2 Avqust 2026, 16:03

Moskva meri Sergey Sobyanin şəhərin mərkəzində yerləşən restoranda baş verən partlayışı terror aktı kimi qiymətləndirib.

Modern.az xəbər verir ki, bu barədə Sobyanin yerli mətbuat nümayəndələrinə açıqlamasında bildirib.

“Dünən Moskvada insanların həyatına son qoyan amansız terror aktı törədildi. Zərərçəkənlər hazırda şəhər xəstəxanalarındadır və onlara bütün zəruri tibbi yardım göstərilir. Hüquq-mühafizə orqanları baş verən hadisənin bütün hallarını araşdırır”, – deyə mer qeyd edib.

Xatirladaq ki, ötən gün Rusiyanın paytaxtı Moskvanın mərkəzində yerləşən restoranlardan birində əldəqayırma partlayıcı qurğu partlayışa səbəb olub.  “Balzi Rossi” restoranında törədilən terror aktı nəticəsində 5 nəfər həlak olub, 19 nəfər isə yaralanıb.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Allahın xoşbəxt bəndəsiyəm ki, o xəbəri ailəmə mən çatdırmadım—Şəhid atasının heç yerdə demədikləri