Modern.az

Qardaş ölkədə terror: 14 ölü var

Qardaş ölkədə terror: 14 ölü var

Dünya

2 Avqust 2026, 21:35

Pakistanın Hayber-Paxtunxva əyalətindəki polis bölməsi yaxınlığında törədilmiş terror aktı nəticəsində ölənlərin sayı 14-ə çatıb, 20 nəfər isə yaralanıb.

Modern.az "Dawn" qəzetinə istinadən xəbər verir ki, polis əməkdaşları bölmənin girişində onu saxlamağa və yoxlamağa cəhd etdikdən sonra kamikadze partlayıcı qurğunu işə salıb.

Qeyd olunub ki, partlayış həmin vaxt Svat vadisində terror fəaliyyətinin artmasına qarşı izdihamlı mitinqin keçirildiyi Kabal-Çouk meydanının yaxınlığında baş verib.

Daha əvvəl yeddi nəfərin öldüyü, 18 nəfərin isə xəsarət aldığı bildirilmişdi.

Sizə yeni x var
Keçid et
Maaş azlığı, bahalaşma, işsizlik - Çıxış yolu nədir? - Vahid Əhmədovla Gündəm Masada