Modern.az

Seutada ölü sayı artır

Seutada ölü sayı artır

Dünya

Bu gün, 23:01

Mərakeşdən İspaniyaya məxsus Seuta eksklavına qanunsuz keçidə cəhd edən miqrantlardan azı 90-ı ölüb.

Modern.az xəbər verir ki, miqrantların bir qismi dənizdə boğularaq həyatını itirib, digərləri isə sərhəd hasarı yaxınlığında yaranan izdiham və sıxlıqda ölüb.

İspaniya hökuməti sərhəd xəttinin tam nəzarətə götürüldüyünü açıqlayıb.

Rəsmi məlumata əsasən, Seutaya daxil olan miqrantların böyük əksəriyyəti ya könüllü şəkildə, ya da qanunvericiliyə uyğun prosedurlar çərçivəsində Mərakeşə geri göndərilib.

Yerli hakimiyyət miqrant axınının şəhərin infrastrukturuna ciddi təzyiq göstərdiyini, qəbul mərkəzlərinin imkanlarının tükəndiyini vurğulayıb.

Xatırladaq ki, iyulun 30-da Mərakeşin Fnidek sahillərindən minlərlə miqrant Seutaya keçməyə cəhd göstərib. Bundan sonra İspaniya hökuməti bölgəyə təhlükəsizlik qüvvələri göndərərək, sərhəd nəzarətini nəzarətə götürüb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
DƏHŞƏTLİ HÜCUM! Rusiya paytaxta raketlər yağdırdı - Ölənlər var