Modern.az

İsrail ABŞ-nin İrana zərbədən imtinasını Trampın paylaşımından öyrənib

İsrail ABŞ-nin İrana zərbədən imtinasını Trampın paylaşımından öyrənib

Dünya

2 Avqust 2026, 23:55

İsrail rəhbərliyi ABŞ-nin İrana planlaşdırılan zərbəni ləğv etməsi barədə məlumatı Prezident Donald Trampın "Truth Social" platformasında etdiyi paylaşım vasitəsilə əldə edib.

Modern.az xəbər verir ki, bu barədə İsrailin N12 telekanalı yüksəkvəzifəli mənbələrə istinadən məlumat yayıb.

Bildirilib ki, son 24 saat ərzində İsrail rəsmiləri, o cümlədən Baş nazir Benyamin Netanyahu və müdafiə naziri İsrael Kats vəziyyətlə bağlı qeyri-müəyyənlik içində olub. Onlar ABŞ-nin planlaşdırılan zərbədən imtina etdiyini Trampın paylaşımından öyrəniblər.

Bildirilib ki, əvvəlcə İsrail tərəfi bu paylaşımın dezinformasiya məqsədi daşıyıb-daşımadığını və ya Vaşinqtonun siyasətində real dəyişiklik olub-olmadığını araşdırıb. Daha sonra isə ölkədə hərbi hazırlıq səviyyəsi aşağı salınıb.

Mənbələrin sözlərinə görə, əməliyyatın qəfil ləğvi İsrailin hərbi planlaşdırmasına təsir göstərib. Bununla belə, İsraildə hesab edirlər ki, Trampın diplomatik səylərə qayıtmasına baxmayaraq, İrana qarşı hərbi əməliyyat variantı hələ də gündəmdə qalır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
DƏHŞƏTLİ HÜCUM! Rusiya paytaxta raketlər yağdırdı - Ölənlər var