Modern.az

Ermənistan parlamentu bu gün onu yeni spiker seçəcək

Ermənistan parlamentu bu gün onu yeni spiker seçəcək

Dünya

3 Avqust 2026, 08:15

Ermənistan Parlamentinin IX çağırışının ilk sessiyası avqustun 3-də davam edəcək.

Modern.az xəbər verir ki, yeni parlamentin ilk sessiyası dünən-avqustun 2-si səhər saatlarında başlayıb və saat 18:00-dək davam edib.

İlk iclas zamanı deputatlar parlamentin sədrinin seçilməsi məsələsinin müzakirəsinə başlayıblar. Bu vəzifəyə yeganə namizəd hakim "Vətəndaş müqaviləsi" Partiyasından deputat Ruben Rubinyandır.

Məsələnin müzakirəsi deputatların fikir mübadiləsi mərhələsində dayandırılıb.

İclas avqustun 3-də saat 10:00-da davam etdiriləcək.

Xatırladaq ki, iyunun 7-də keçirilən parlament seçkilərinin nəticələrinə əsasən formalaşan Ermənistan Milli Assambleyasında hakim "Vətəndaş müqaviləsi" Partiyası 64 mandatla təmsil olunur. Parlamentdə, həmçinin müxalif "Güclü Ermənistan" bloku 29, "Hayastan" bloku isə 12 mandat qazanıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Maaş azlığı, bahalaşma, işsizlik - Çıxış yolu nədir? - Vahid Əhmədovla Gündəm Masada