Modern.az

Ruben Rubinyan kimdir? - Ermənistan parlamentinin yeni sədrinin DOSYESİ

Ruben Rubinyan kimdir? - Ermənistan parlamentinin yeni sədrinin DOSYESİ

Dünya

Bu gün, 14:45

Ermənistan parlamentində keçirilən səsvermənin nəticələrinə əsasən, hakim "Vətəndaş müqaviləsi" fraksiyasının namizədi Ruben Rubinyan qanunverici orqanın (Milli Assambleya) yeni sədri seçilib. səsvermədə 105 deputatdan 91-i iştirak edib. Ruben Rubinyanın lehinə 63, əleyhinə isə 28 səs verilib.

Modern.az yeni spikerin qıza dosyesini təqdim edir:

Ruben Rubinyan 8 mart 1990-cı ildə İrəvanda anadan olub. O, erməni siyasətçisi Karapet Rubinyanın oğludur.

Ruben Rubinyan 2010-cu ildə İrəvan Dövlət Universitetinin Beynəlxalq Münasibətlər fakültəsini bitirib. Daha sonra Londondakı Universitet Kollecində (UCL) "Siyasət və təhlükəsizlik" ixtisası üzrə, Polşanın Yagellon Universitetində isə "Avropaşünaslıq" ixtisası üzrə magistr təhsili alıb.

2012–2014-cü illərdə Ermənistan Silahlı Qüvvələrində hərbi xidmət keçən Rubinyan 2017–2018-ci illərdə elmi fəaliyyətlə məşğul olub. 2018–2019-cu illərdə Ermənistan xarici işlər nazirinin müavini vəzifəsində çalışıb.

O, Baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi "Vətəndaş müqaviləsi" Partiyasının təsisçilərindən biridir. 2015–2017-ci illərdə partiyanın idarə heyətinin üzvü və mətbuat katibi olub.

2018-ci ildə "Mənim addımım" blokunun siyahısı ilə VII çağırış Ermənistan Milli Assambleyasına deputat seçilib və parlamentin xarici əlaqələr komissiyasında fəaliyyət göstərib.

2021-ci ildə "Vətəndaş müqaviləsi" Partiyasının siyahısı ilə VIII çağırış parlamentə yenidən deputat seçilib. Həmin il avqustun 3-də parlamentin vitse-spiker vəzifəsinə irəli çəkilib.

Ruben Rubinyan bu günə kimi həm də Ermənistanın Türkiyə ilə danışıqlar üzrə xüsusi nümayəndəsi postunda çalışırdı.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukrayna Rusiya şəhərlərini BOMBALAYIR - Universitet partladıldı