Ermənistan Prezidenti yeni hökumət üzvlərinin təyinatı ilə bağlı fərmanlar imzalayıb.
Modern.az xəbər verir ki, Prezidentin fərmanlarına əsasən, Tiqran Xaçatryan və Mher Qriqoryan baş nazirin müavinləri təyin ediliblər.
Bundan başqa, David Tadevosyan yüksək texnologiyalar sənayesi naziri vəzifəsinə gətirilib.
Məlumata görə, hökumətin digər üzvləri əvvəlki vəzifələrinə yenidən təyin olunublar.
Belə ki, müdafiə, xarici işlər, daxili işlər, ədliyyə, ətraf mühit, təhsil və elm, ərazi idarəetmə, səhiyyə, əmək və sosial məsələlər nazirləri vəzifələrində saxlanılıblar.
Yüksək texnologiyalar sənayesi naziri - David Tadevosyan
Müdafiə naziri - Suren Papikyan
Daxili işlər naziri - Arpine Sarkisyan
Xarici işlər naziri - Ararat Mirzoyan
Ərazi idarəetmə və infrastruktur naziri - David Xudatyan
Ətraf mühit naziri - Hambardzum Matevosyan
Səhiyyə naziri - Anahit Avanesyan
Təhsil, elm, mədəniyyət və idman naziri - Janna Andreasyan
Ədliyyə naziri - Srbuhi Qalyan
Əmək və sosial məsələlər naziri - Arsen Torosyan
İqtisadiyyat naziri - Gevorq Papoyan
Maliyyə naziri - Vahe Ovannisyan
Baş nazirin müavinləri - Mher Qriqoryan və Tiqran Xaçatryan.