Modern.az

Rusiyada ölənlərin sayı altıya çatdı

Rusiyada ölənlərin sayı altıya çatdı

Dünya

3 Avqust 2026, 19:17

Rusiyanın Krasnodar diyarının Gelencik şəhərindəki çimərliyə pilotsuz uçuş aparatının (PUA) hücumu nəticəsində həlak olanların sayı altıya çatıb. Ölənlər arasında üç uşaq da var.

Modern.az xəbər verir ki, bu barədə regionun hakimiyyət orqanları məlumat yayıb.

Hadisə nəticəsində 47 nəfər xəsarət alıb. Onlardan ikisi uşaq olmaqla, 17 nəfəri xəstəxanaya yerləşdirilib. Yaralılar Gelencik, Tuapse bələdiyyə dairəsi və Qoryaçıy Klyuç şəhərlərindəki tibb müəssisələrinə çatdırılıblar.

Rusiya Səhiyyə Nazirliyinin məlumatına əsasən, zərərçəkənlərdən dördünün vəziyyəti ağır qiymətləndirilir. Onlardan ikisi uşaqdır.

Whatsapp
Bizə yazın!
Keçid et
Allahın xoşbəxt bəndəsiyəm ki, o xəbəri ailəmə mən çatdırmadım—Şəhid atasının heç yerdə demədikləri