Modern.az

Kral ailəsinin üzvü hərbi xidməti getdi 

Kral ailəsinin üzvü hərbi xidməti getdi 

Dünya

Bu gün, 21:53

Danimarka kral ailəsinin üzvü, şahzadə İzabella hərbi xidmətə başlayıb.

Modern.az xəbər verir ki, Danimarkanın BT nəşrinin məlumatına görə, şahzadə avqustun 3-də Slaqelsedə yerləşən Antvorskov kazarmasına gələrək Qvardiya Husar Alayında xidmətə başlayıb. O, burada 11 ay müddətində hərbi xidmət keçəcək.

Məlumata əsasən, şahzadə aylıq 8,3 min Danimarka kronu məbləğində yaşayış müavinətindən və 9 min kron əməkhaqqından imtina edib.

İzabella əvvəlcə beş ay davam edəcək ilkin hərbi hazırlıq kursunu keçəcək. Daha sonra isə altı ay müddətində döyüş və praktiki hazırlıq mərhələsində iştirak edəcək.

Qeyd olunub ki, şahzadənin böyük qardaşı, vəliəhd şahzadə Kristian da daha əvvəl eyni Qvardiya Husar Alayında xidmət edib.

Xatırladaq ki, Danimarka parlamentinin 2024-cü ildə qəbul etdiyi qərara əsasən, 2026-cı ildən etibarən ölkədə məcburi hərbi xidmət müddəti 4 aydan 11 aya qaldırılıb. Bu il ümumilikdə 1,6 min nəfər hərbi xidmətə cəlb olunu

Sizə yeni x var
Keçid et
Azərbaycanda vəzifəli şəxslər həbs edildi - Xəbəriniz Var?