Modern.az

Peskovun ukraynalı arvadı 2 milyon avro təzminat tələb edir

Peskovun ukraynalı arvadı 2 milyon avro təzminat tələb edir

Dünya

Bu gün, 08:45

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskovun həyat yoldaşı, keçmiş fiqurlu konkisürən Tatyana Navka Avropa İttifaqının (Aİ) ona qarşı tətbiq etdiyi sanksiyalarına etiraz edib və 2 milyon avro məbləğində təzminat istəyib.

Modern.az xəbər verir ki, bu barədə Reuters agentliyi məlumat yayıb.

Məlumata görə, fiqurlu konkisürmə üzrə keçmiş Olimpiya çempionu olan tatyana Navka 2022-ci ilin iyununda Aİ sanksiyalar siyahısına daxil edilib. Həmin siyahıya Dmitri Peskovun oğlu və qızı da salınıb.

Avropa İttifaqı o zaman bildirmişdi ki, Aİ ölkələrinə giriş qadağası və maliyyə məhdudiyyətlərini nəzərdə tutan sanksiyalar "Ukraynanın ərazi bütövlüyünü, suverenliyini və müstəqilliyini sarsıdan və ya təhdid edən fəaliyyətlərlə əlaqədar" tətbiq olunub.

Ukraynada doğulsa da, Rusiya vətəndaşı olan Tatyana Navka Avropa İttifaqının Məhkəməsi vasitəsilə bu məhdudiyyətlərin ləğvinə çalışır.

O, iddiasını üç əsas arqumentlə əsaslandırıb:

ona qarşı sanksiyaların hüquqi əsasları kifayət qədər izah edilməyib;

hüquq normalarının tətbiqində və faktların qiymətləndirilməsində səhvlərə yol verilib;

Avropa İttifaqı onunla sanksiyaların məqsədi arasında yetərli əlaqənin mövcudluğunu sübut edə bilməyib.

Bununla yanaşı, Navka Avropa İttifaqı Şurasından maddi və reputasiya zərərinə görə 2 milyon avro təzminat ödənilməsini tələb edir.

Məlumata görə, oxşar iddia ilə Rusiyanın "Rostex" müdafiə-sənaye korporasiyasının rəhbəri Sergey Çemezovun həyat yoldaşı Yekaterina İqnatova da çıxış edib. O da Aİ-nin tətbiq etdiyi sanksiyaların ləğvinə nail olmağa çalışır.

Qeyd edək ki, Ukraynanın Dnepr şəhərində anadan olmuş Tatyana Navka Rusiya Prezidenti Vladimir Putinin siyasətini və Rusiyanın Ukraynaya qarşı apardığı müharibəni açıq şəkildə dəstəkləyir. O, həmçinin Ukraynanın "Mirotvorets" mərkəzinin məlumat bazasında yer alır.

A.Qorxmaz

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
GƏRGİNLİK ARTDI! Türkiyəyə şok zərbə endirildi - Gəmisi vuruldu!