Modern.az

Makronun xanımı gəncliyində necə olub? - Yeni fotosu yayıldı

Makronun xanımı gəncliyində necə olub? - Yeni fotosu yayıldı

Dünya

Bu gün, 16:40

Fransa Prezidenti Emmanuel Makronun həyat yoldaşı Bricit Makron müasir dövrün ən çox müzakirə olunan birinci xanımlarından biridir.

Modern.az xəbər verir ki, buna səbəb təkcə onun xarici görünüşü deyil, həm də Emmanuel Makronla qeyri-adi sevgi hekayəsidir.

Fransanın birinci xanımının görünüşü uzun illərdir ictimaiyyətin diqqət mərkəzindədir. Bricit Makron deyir ki,  sağlam qidalanmaya, aktiv həyat tərzinə və xarici görünüşünə xüsusi diqqət yetirir. Onun gənclik illərinə aid fotoları sosial şəbəkələrdə və mediada tez-tez maraqla paylaşılır.

Xarici KİV Bricit Makronun gəncliyinə aid yeni foto yayıb. Fotoda Bircit Makron əvvəlki evliliyindən dünyaya gəlmiş övladı ilə birgə əks olunub. 

Brict Makron Emmanuel Makrondan 24 yaş böyükdür və onların tanışlığı Emmanuel Makron məktəbli olarkən başlayıb. O zaman Bricit təxminən 40 yaşında idi, ailəli idi və üç uşaq böyüdürdü. O, xristian məktəbində ədəbiyyat müəllimi işləyir, eyni zamanda teatr dərnəyinə rəhbərlik edirdi. Emmanuel Makron da həmin dərnəyin üzvlərindən biri olub və onların münasibəti məhz burada başlayıb.

Makronun valideynləri bu münasibətdən xəbər tutduqdan sonra oğullarını təhsilini davam etdirmək üçün Parisə göndəriblər. Buna baxmayaraq, Emmanuel Bricitlə əlaqəsini kəsməyib.

Bir müddət sonra Bricit həyat yoldaşından ayrılıb və Emmanuel Makronla birgəliyə qərar verib. Cütlük uzun illər birlikdə yaşadıqdan sonra 2007-ci ilin oktyabrında rəsmi nikaha daxil olub. Həmin vaxt Bricit 54, Emmanuel Makron isə 30 yaşında idi.

Qeyd etdiyimiz kimi, Bricit Makronun birinci ərindən üç övladı var: oğlu Sebastyan (1975-ci il təvəllüdlü, hazırda mühəndis), qızları Lorens (1977-ci il təvəllüdlü, kardioloq) və Tiffani (1984-cü il təvəllüdlü, hüquqşünas).
Bricit Makronun yeddi nəvəsi var.

Xarici KİV yazır ki, 73 yaşlı Bricit Makron 49 yaşlı Emmanueldən uşaq doğa bilməz. Bunun heç cür mümkün olmadığı da bildirilir. 


 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ! Pezeşkiandan istefa açıqlaması eşidildi