Lionel Messi İspaniyanın Sierra-Oeste-de-Madrid bölgəsində meşə yanğınlarından zərərçəkənlərə maddi dəstək göstərib.
Modern.az xəbər verir ki, argentinalı ulduz, "İnter Mayami"nin hücumçusu həmin bölgənin bərpası üçün 80 min avro ianə edib.
Bu barədə Madrid icmasının prezidenti İzabel Dias Ayuso məlumat verib. O, Messiyə təşəkkürünü bildirib və madridlilərin onu alqışlamaq üçün səbirsizliklə gözlədiyini vurğulayıb.