Hindistan Rusiyanın beşinci nəsil Su-57E qırıcılarını almaq təklifini qəbul etməyib.
Modern.az xəbər verir ki, bu barədə ölkənin müdafiə katibi Raceş Kumar Sinqh açıqlama verib.
Onun sözlərinə görə, Nyu-Dehli bunun əvəzinə inventarında olan Su-30MKI qırıcılarını modernləşdirməyi və yerli beşinci nəsil AMCA döyüş təyyarəsinin hazırlanması proqramını inkişaf etdirməyi planlaşdırır.
Məlumata görə, Moskva daha əvvəl Hindistana təkcə Su-57E qırıcılarının satışını deyil, həm də texnologiya transferi ilə onların ölkə daxilində istehsalını təklif etmişdi. Lakin Nyu-Dehli əvvəlki FGFA birgə proqramının uğursuz təcrübəsini nəzərə alaraq bu təklifdən imtina edib.
Bununla yanaşı, Raceş Kumar Sinqh bildirib ki, Hindistan Rusiya lisenziyası əsasında ölkədə istehsal olunan Su ailəsinə məxsus döyüş təyyarələrinin modernləşdirilməsi istiqamətində fəal iş aparır.