Modern.az

Ukraynaya məxsus dörd yük gəmisi vuruldu

Ukraynaya məxsus dörd yük gəmisi vuruldu

Dünya

4 Avqust 2026, 20:36

Rusiya Müdafiə Nazirliyi Ukraynaya məxsus dörd yük gəmisinə və hərbi infrastruktura zərbələr endirildiyini açıqlayıb.

Modern.az xəbər verir ki, nazirliyin məlumatına görə, gün ərzində yüksək dəqiqlikli silahlar və zərbə dronları ilə Nikolayev limanında üç yük gəmisi, Odessa şəhərinin cənubunda Qara dənizdə hərbi təyinatlı yüklər daşıyan daha bir yük gəmisi vurulub.

Bildirilib ki, Qara dənizin şimal hissəsində, Oçakov şəhərinin cənub-şərqində Ukraynaya məxsus iki pilotsuz kater də məhv edilib.

Rusiya Müdafiə Nazirliyi əlavə edib ki, Çernomorsk limanında hərbi yüklərin saxlanıldığı konteyner terminalına və FP-2 tipli pilotsuz uçuş aparatlarının yerləşdiyi anbara da zərbələr endirilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
21 minlik stəkan, Gəncədə ŞOK ƏMƏLLƏR - Sadıkovla Mehdiyevi nə gözləyir?