Modern.az

Rusiya XİN-dən Zelenski ilə bağlı sərt açıqlama

Rusiya XİN-dən Zelenski ilə bağlı sərt açıqlama

Dünya

4 Avqust 2026, 23:14

Rusiya Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Rodion Miroşnik Ukrayna Prezidenti Volodimir Zelenski və Ukrayna ordusunun vəziyyəti ilə bağlı sərt bəyanatla çıxış edib.

Modern.az xəbər verir ki, onun sözlərinə görə, Ukrayna son dövrlərdə yüzlərlə kilometr ərazi və çoxsaylı yaşayış məntəqəsi üzərində nəzarəti itirib.

Diplomat iddia edib ki, Rusiya Silahlı Qüvvələrinin zərbələri Ukraynanın hərbi-sənaye obyektlərinə, silah və ikili təyinatlı materialların daşındığı logistika marşrutlarına ciddi təsir göstərib.

Miroşnik əlavə edib ki, Ukrayna ordusu Qərb ölkələrinin göndərdiyi silahların çatdırılması baxımından da çətinliklərlə üzləşib və dəniz marşrutlarından istifadə imkanlarının əhəmiyyətli dərəcədə məhdudlaşdığını bildirib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ! Pezeşkiandan istefa açıqlaması eşidildi