Ermənistanın beş vilayətində baş verən qəza nəticəsində bir sıra şəhər və kəndlər elektrik enerjisiz qalıb.
Modern.az xəbər verir ki, bu barədə "Ermənistan Elektrik Şəbəkələri" şirkəti məlumat yayıb.
Məlumata görə, enerji sisteminin istehsal və ötürmə şəbəkələrində yaranmış nasazlıq səbəbindən Şirak, Lori, Tavuş, Araqatsotn və Ararat vilayətlərində dispetçer məhdudiyyətləri tətbiq edilib. Nəticədə həmin bölgələrdə bir sıra yaşayış məntəqələrinə elektrik enerjisinin verilməsi tam dayandırılıb.
Hazırda Ermənistanın Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyinin mütəxəssisləri, eləcə də enerji sisteminin operatoru qəzanın nəticələrini aradan qaldırmaq və elektrik təchizatını ən qısa müddətdə bərpa etmək üçün təmir-bərpa işləri aparırlar.