Danimarka NATO-nun şərq cinahının gücləndirilməsi çərçivəsində yaxın günlərdə Latviyaya döyüş batalyonu göndərəcək.
Modern.az xəbər verir ki, batalyon Kanadanın rəhbərlik etdiyi çoxmillətli NATO briqibasının tərkibində fəaliyyət göstərəcək. Yerləşdirmə çərçivəsində Danimarka limanlarından tanklar, piyadaların döyüş maşınları, zirehli transportyorlar və digər hərbi texnika Latviyaya daşınacaq.
Şəxsi heyətin bu ayın sonunadək Latviyaya çatacağı, missiyanın isə 2027-ci ilin yanvarınadək davam edəcəyi bildirilib.
Bu, 2022-ci ildən bəri Danimarkanın Latviyaya göndərdiyi beşinci döyüş batalyonudur. Rəsmi Kopenhagen missiyanın məqsədinin NATO-nun Rusiyaya qarşı çəkindirmə potensialını gücləndirmək olduğunu açıqlayıb.