Modern.az

Rusiya ordusunda döyüşən 51 ölkə vətəndaşı əsir düşüb

Rusiya ordusunda döyüşən 51 ölkə vətəndaşı əsir düşüb

Dünya

4 Avqust 2026, 23:44

Ukrayna tərəfi Rusiya ordusunun tərkibində döyüşən 51 ölkənin vətəndaşının əsir götürüldüyünü açıqlayıb.

Modern.az xəbər verir ki, bu barədə Ukraynanın insan hüquqları üzrə müvəkkili Dmitri Lubinets ölkənin xaricdəki diplomatik nümayəndəlik rəhbərlərinin müşavirəsində çıxışı zamanı məlumat verib.

O bildirib ki, bu fakt Rusiya tərəfində müharibədə iştirakın real hüquqi nəticələrinin olduğunu göstərir və beynəlxalq ictimaiyyətə bu barədə açıq danışmaq vacibdir.

Xatırladaq ki, iyul ayında Ukrayna Prezidenti Volodimir Zelenski ilə Cənubi Koreya Prezidenti Li Ce Men Ukraynanın əsir götürdüyü Şimali Koreya hərbçiləri ilə bağlı məsələlərin humanitar prinsiplər və onların öz iradəsi nəzərə alınmaqla həll edilməsi barədə razılığa gəliblər.

Bundan əvvəl uzun illər Rusiyada əmək miqrantı kimi çalışan Tacikistan vətəndaşının Ukraynanın “Yaşamaq istəyirəm” dövlət layihəsi vasitəsilə könüllü şəkildə əsir təslim olduğu da açıqlanmışdı.

Ukrayna tərəfi həmçinin bildirir ki, Rusiya Silahlı Qüvvələrinin tərkibində döyüşərkən əsir düşən əcnəbi hərbçilərin mübadiləsində Moskva maraqlı deyil. Əsirlər arasında Nepal, Somali, Yəmən, Şri-Lanka və digər ölkələrin vətəndaşlarının olduğu qeyd edilir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ! Pezeşkiandan istefa açıqlaması eşidildi