Modern.az

Facebook şirkəti Dağlıq Qarabağdakı separatçı rejimi pis vəziyyətə saldı

Facebook şirkəti Dağlıq Qarabağdakı separatçı rejimi pis vəziyyətə saldı

Dünya

19 Fevral 2015, 10:39


Müxtəlif kommersiya vasitələri ilə cılız addımlara əl ataraq beynəlxalq ictimaiyyəti aldatmağa çalışan Ermənistan və ABŞ-ın erməni diasporunun yalanları növbəti dəfə ifşa olunub.

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Modern.az-a bildirib ki, XİN-in  təlimatı əsasında Azərbaycan Respublikasının ABŞ-dakı səfirliyinin həyata keçirdiyi tədbirlər nəticəsində Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin “hökuməti”nin Facebook səhifəsinə verilmiş “verified” statusu Facebook şirkəti tərəfindən aradan qaldırılıb.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı