Modern.az

Paşinyan Simonyana yüksək vəzifə verir - təyinat olacaq

Paşinyan Simonyana yüksək vəzifə verir - təyinat olacaq

Dünya

Bu gün, 11:13

Ermənistanın Baş naziri Nikol Paşinyan iyunun 7-də keçirilmiş parlament seçkilərindən sonra hər hansı vəzifə tutmayan eks-spiker Alen Simonyanı Təhlükəsizlik Şurasının katibi təyin etməyi planlaşdırır.

Modern.az xəbər verir ki, bu barədə “MakaryanNews” onlayn resursu məlumat yayıb.

Bundan əvvəl “Hraparak” qəzeti Paşinyanın təxminən 8 ildir Təhlükəsizlik Şurasının hazırkı katibi vəzifəsini Armen Qriqoryanı yenidən bu posta təyin etməyə meylli olmadığını yazıb.

“Paşinyan Alen Simonyan üçün onun əvvəlki statusuna uyğun vəzifə tapıb və yaxın günlərdə onu kifayət qədər nüfuzlu posta təyin edəcək. O, yenidən mühafizə, müşayiət avtomobilləri və geniş səlahiyyətlərlə təmin olunacaq. Əldə etdiyimiz məlumatlara görə, Paşinyan yaxın günlərdə Simonyanı Təhlükəsizlik Şurasının katibi vəzifəsinə təyin etmək niyyətindədir. O, bu postda Armen Qriqoryanı əvəzləyəcək”, - deyə məlumatda bildirilir.

Qeyd olunur ki, hakimiyyətə yaxın dairələrdə Təhlükəsizlik Şurasının katibi vəzifəsini üçüncü dəfə ailə qurmağa hazırlaşan keçmiş parlament sədrinə Paşinyanın toy hədiyyəsi olacağı ilə bağlı zarafat edirlər.

Alen Simonyanın nişanlısı ilə növbəti toy mərasimi sentyabrın 5-də keçiriləcək.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
https://www.youtube.com/watch?v=9BAEYj2gL3Q