Modern.az

Fidan Qəzza üzrə razılaşmadan danışdı

Fidan Qəzza üzrə razılaşmadan danışdı

Dünya

Bu gün, 00:03

Türkiyə xarici işlər naziri Hakan Fidan Qəzza üzrə razılaşmanın icrası ilə bağlı açıqlama verib.

Modern.az xəbər verir ki, Fidan bildirib ki, Fələstin tərəfi razılaşmanın ikinci mərhələsinə keçidlə bağlı üzərinə düşən öhdəlikləri yerinə yetirsə də, İsrailin bundan sonrakı addımları atmaması Türkiyə və digər vasitəçi ölkələri daha sərt tədbirlərə sövq edə bilər.

“Bu prosesdə ABŞ-dan İsrailə lazımi təzyiq göstərməsini gözləyirik. Əks halda Türkiyə, Qətər və Misir bu məsələ ilə bağlı radikal addımlar atmalı olacaq. Bu, millətimiz, xalqımız və fələstinlilər qarşısında daşıdığımız məsuliyyətdir”, – Türkiyə XİN rəhbəri bildirib.

Fidan hazırda Misirdə səfərdədir və Qəzza Sülh Planının ikinci mərhələsinin həyata keçirilməsi səfərin əsas müzakirə mövzularından biridir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyanın Ermənistandakı bazası vurulacaq! ŞOK XƏBƏRDARLIQ