Modern.az

Putinin Ukraynanı məğlub etmək planları - İkisi iflasa uğrayıb, ikisi qalır

Putinin Ukraynanı məğlub etmək planları - İkisi iflasa uğrayıb, ikisi qalır

Dünya

Bu gün, 12:05

Rusiya Prezidenti Vladimir Putin Ukraynaya qarşı müharibədə qələbə qazanmaq üçün dörd əsas strategiyaya ümid edir. Bunlardan ikisinin indiyədək nəticə vermədiyi, digər ikisinin isə Moskva üçün hələ də real imkanlar yaratdığı bildirilir.

Modern.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” yazıb.

Nəşrin məlumatına görə, Putinin ilk iki planı Ukrayna ordusunun müqavimətinin qırılması və ABŞ Prezidenti Donald Tramp administrasiyasının Kiyevi Moskvanın şərtlərini qəbul etməyə məcbur etməsi ilə bağlı olub. Lakin hər iki istiqamətdə Kremlin gözləntiləri özünü doğrultmayıb.

Digər iki strategiya isə Ukrayna iqtisadiyyatını davamlı raket və dron hücumları ilə iflic etmək, eyni zamanda Avropada Kiyevə yardımın əleyhinə çıxan siyasi qüvvələrin güclənməsi nəticəsində Qərbin dəstəyini zəiflətməkdir.

“The Wall Street Journal”ın yazdığına görə, bu iki planın 2027-ci ilə qədər müəyyən nəticə vermək ehtimalı var.

Bu həftə ABŞ-ın vasitəçiliyi ilə Əbu-Dabidə keçirilən danışıqlar da göstərib ki, Kreml Ukraynanı parçalamaq və özünə tabe etmək, eləcə də müharibədən sonrakı Avropa təhlükəsizlik sistemini yenidən formalaşdırmaq məqsədindən geri çəkilməyib.

Müşahidəçilərin fikrincə, Putin strategiyalarının nəticəsini görmək üçün, böyük ehtimalla, 2027-ci ilin əvvəlinə qədər gözləyəcək. Bundan sonra isə əvvəlki kursu davam etdirmək və ya taktikanı dəyişmək barədə qərar verəcək.

Beynəlxalq ekspertlər deyirlər ki, Rusiya yaz fəslini gözləyir. Moskva raket hücumları kampaniyasının hansı nəticələr verəcəyini və Fransada keçiriləcək prezident seçkilərində kimin qalib gələcəyini görmək istəyir. Bundan sonra Rusiya vəziyyəti qiymətləndirəcək.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Moskvada gərginlik yaşanır! Ukraynadan kütləvi PUA hücumu