2026-cı il oktyabrın 1-nə olan məlumata görə, Ermənistanın penitensiar müəssisələrində 461 xarici ölkə vətəndaşı saxlanılır. Onların arasında ən çox İran vətəndaşları üstünlük təşkil edir.
Modern.az xəbər verir ki, bu barədə Ermənistan Ədliyyə Nazirliyinin Penitensiar Xidməti “Sputnik Ermənistan”ın sorğusuna cavab olaraq bildirib.
Məlumata əsasən, Ermənistan həbsxanalarında 135 İran vətəndaşı var. İkinci yerdə 73 nəfərlə Rusiya, üçüncü yerdə isə 55 nəfərlə Hindistan vətəndaşları qərarlaşıb.
Banqladeş vətəndaşları da say baxımından diqqət çəkir. Belə ki, Ermənistan həbsxanalarında bu ölkənin 34 vətəndaşı saxlanılır. Gürcüstan vətəndaşlarının sayı 25, Əfqanıstan vətəndaşlarının sayı isə 15 nəfərdir.
Penitensiar Xidmətin açıqladığı siyahı belədir:
|
Ölkə |
Məhbusların sayı |
|---|---|
|
İran |
135 |
|
Rusiya |
73 |
|
Hindistan |
55 |
|
Banqladeş |
34 |
|
Gürcüstan |
25 |
|
Əfqanıstan |
15 |
|
Misir |
10 |
|
Türkiyə |
9 |
|
Ukrayna |
8 |
|
Əlcəzair |
7 |
|
Tacikistan |
6 |
|
İraq |
6 |
|
Livan |
5 |
|
Özbəkistan |
5 |
|
Çin |
5 |
|
Türkmənistan |
4 |
|
Suriya |
4 |
|
Yəmən |
4 |
|
İndoneziya |
4 |
|
Moldova |
3 |
|
Niderland |
3 |
|
ABŞ |
3 |
|
Peru |
3 |
|
Belarus |
2 |
|
Qazaxıstan |
2 |
|
Sudan |
2 |
|
Fələstin |
2 |
|
Kuba |
2 |
|
Digər ölkələr |
1 |
Bundan başqa, Rusiya və Gürcüstan, Türkiyə və Əlcəzair, Livan və Venesuela, Moldova və Rumıniya, İran və Böyük Britaniya vətəndaşlığı olan şəxslər də siyahıda yer alıb.
Tək nəfərlə təmsil olunan ölkələr arasında Mərakeş, Syerra-Leone, Konqo, Cənubi Afrika Respublikası, Serbiya, Myanma, Pakistan, Yunanıstan, Latviya, Litva, İsveçrə, Fransa, Polşa, Cənubi Koreya, Braziliya, Qvatemala və Dominikan Respublikası var.
Xarici məhbusların sayı son illərdə kəskin artıb
Qeyd edilir ki, Ermənistanda saxlanılan əcnəbi məhbusların sayı son illərdə xeyli artıb.
Belə ki, 2022-ci ildə Ermənistan Penitensiar Xidməti ölkə həbsxanalarında 135 xarici vətəndaşın olduğunu bildirmişdi.
2026-cı ilin yanvar ayının sonuna olan məlumata görə isə bu rəqəm 318 nəfərə çatmışdı.
2022-ci illə müqayisədə xarici məhbusların sayı 3 dəfədən çox artaraq 461 nəfərə yüksəlib.