Rusiyanın paytaxtı Moskvanın cənubunda avtomobilin partlaması nəticəsində Ukraynanın keçmiş baş naziri Nikolay Azarovun sabiq müşaviri Sergey Zavorotnı yaralanıb.
Modern.az xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, partlayış zamanı avtomobili idarə edən Sergey Zavorotnı xəsarət alıb. O, şəhər xəstəxanalarından birinə çatdırılıb və hazırda tibbi yardım göstərilir.
Hadisə ilə bağlı Rusiya İstintaq Komitəsi cinayət işi açıb. İş qəsdən adam öldürməyə cəhd maddəsi ilə, ağırlaşdırıcı hallar nəzərə alınmaqla başlanıb.
İstintaq Komitəsi hadisənin təfərrüatlarını araşdırır.