Modern.az

"İbrahim razılaşmaları" yeni mərhələyə keçməlidir

"İbrahim razılaşmaları" yeni mərhələyə keçməlidir

Dünya

Bu gün, 00:33

ABŞ Prezidentinin Yaxın Şərq üzrə əsas fiqurlarından biri Cared Kuşner “İbrahim razılaşmaları”nın altıncı ildönümü münasibətilə onların yeni mərhələyə keçirilməsinə çağırış edib.

Modern.az-ın məlumatına görə, Kuşner bildirib ki, Yaxın Şərq yenidən dönüş nöqtəsindədir və regionda iqtisadi əməkdaşlıq, təhlükəsizlik və İsraillə münasibətlərin normallaşdırılmasına əsaslanan daha geniş sistem yaradılmalıdır.

Onun sözlərinə görə, regional münaqişələrə əvvəlki yanaşmalardan imtina ediləcəyi və “İbrahim razılaşmaları” ilə əsası qoyulan model genişləndiriləcəyi təqdirdə, əvvəllər mümkünsüz hesab edilən yeni diplomatik irəliləyişlərə nail olmaq olar.

Qeyd edək ki, ABŞ-ın vasitəçiliyi ilə 2020-ci ildə başlayan “İbrahim razılaşmaları” İsrailin bir sıra ərəb ölkələri ilə münasibətlərinin normallaşdırılmasına yol açıb. Razılaşmaların regional təhlükəsizlik və iqtisadi inteqrasiyanı daha geniş çərçivəyə daşıması hazırda Vaşinqtonda yenidən müzakirə olunur.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyanın Ermənistandakı bazası vurulacaq! ŞOK XƏBƏRDARLIQ