Modern.az

İsrail, Yunanıstan və Kipr ölkəmizə qarşı təhlükəsizlik alyansı yaradıb

İsrail, Yunanıstan və Kipr ölkəmizə qarşı təhlükəsizlik alyansı yaradıb

Dünya

14 Avqust 2026, 03:41

"İsrail, Yunanıstan və Kipr Respublikası ölkəmizə qarşı təhlükəsizlik alyansı yaradıb".

Modern.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan deyib.

“Regionda bizə qarşı yaradılan başqa ittifaqlar varmı? Bəli, var. Bildiyiniz kimi, biz Məkkə alyansını imzalamazdan əvvəl İsrail, Cənubi Kipr Rum Administrasiyası və Yunanıstan birləşərək Aralıq dənizində təhlükəsizlik sahəsində alyans yaratdılar”, – Fidan deyib.

Türkiyə XİN rəhbərinin sözlərinə görə, bu ittifaqın hansı məqsədlə yaradıldığı Ankaraya məlumdur.

“Türkiyə Aralıq dənizinin şimalında, Misir isə cənubundadır. Ortada isə bu alyansın formalaşdırdığı xətt keçir. Bu birliyin məqsədi və nəyə nail olmaq istədiyi aydındır”, – o vurğulayıb.

Fidan Türkiyənin daxil olduğu alyansın isə hər hansı ölkəyə qarşı yönəlmədiyini, tərəflər arasında əməkdaşlıq çərçivəsi yaratmaq və çəkindiriciliyi təmin etmək məqsədi daşıdığını bildirib.

Nazir Misirin Türkiyənin “təbii tərəfdaşı” olduğunu da qeyd edib: “Hazırda onlar bəzi detalları nəzərdən keçirirlər. Misir bizim təbii tərəfdaşımızdır və ümid edirəm ki, tezliklə rəsmi tərəfdaşımıza da çevriləcək”.

Sizə yeni x var
Keçid et
Rusiya daha bir ölkəyə hədə-qorxu gəldi: Qoşunlar hərəkətə keçir - Xəbəriniz Var?