Kolumbiyada baş verən güclü zəlzələ nəticəsində ölənlərin sayı 281 nəfərə çatıb.
Modern.az xəbər verir ki, Blu Radio-nun məlumatına görə, təbii fəlakət nəticəsində daha 3 971 nəfər xəsarət alıb.
Bundan başqa, 379 nəfər itkin düşmüş hesab olunur. Axtarış-xilasetmə əməliyyatları davam etdirilir.
Zəlzələnin baş verdiyi ərazilərdə dağıntıların miqyası və itkilərin artıb-artmayacağı ilə bağlı məlumatlar dəqiqləşdirilir