Modern.az

İranlı səfir ölkəsinin Xəzərlə bağlı haqsız iddiasını İFŞA ETDİ

İranlı səfir ölkəsinin Xəzərlə bağlı haqsız iddiasını İFŞA ETDİ

Dünya

Bu gün, 12:08

İranda Xəzərin 50 faizinin onlara məxsus olması ilə bağlı iddia təkzib edilib.

Modern.az xəbər verir ki, Jamaran nəşrunə açıqlamasında İranın Azərbaycandakı keçmiş səfiri Möhsün Pakain Xəzər dənizinin 50 faizinin İrana məxsus olduğunu təsdiqləyən hər hansı tarixi müqavilə və ya hüquqi sənədin olmadığını bildirib.

Onun sözlərinə görə, hətta Sovet İttifaqının mövcud olduğu dövrdə də Xəzərin 50 faizinin İrana, digər 50 faizinin isə SSRİ-yə aid olması barədə hüquqi razılaşma olmayıb.

“Jamaran” nəşrinin Pakaeinə istinadən yaydığı məlumata görə, keçmiş səfir Xəzərin hüquqi statusu haqqında Konvensiyanın İran tərəfindən ratifikasiyasının gecikdirilməsinin Tehranın balıqçılıq, gəmiçilik, ekologiya və digər məsələlərdə mövqelərini zəiflədə biləcəyini deyib.

Pakain 2018-ci il avqustun 12-də Xəzəryanı beş ölkənin prezidentləri tərəfindən imzalanan Konvensiyanın 20 illik diplomatik danışıqların nəticəsi olduğunu xatırladıb. Onun sözlərinə görə, sənəd üzərində 52 ekspert görüşü, xarici işlər nazirləri səviyyəsində 10 görüş və 5 sammit keçirilib.

Qeyd edək ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai də yaxın günlərdə Konvensiyanın İran parlamentində ratifikasiya ediləcəyini açıqlayıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyada etirazlar başladı! Kreml təhqirə keçdi - Axmaqlar...